Bloglar - bLoglar - blOglar (Gültekin çetiner)


Gereksiz Yüzük (Azeri Türkçesiyle)

Posted in Bölgeler, Ülkeler ve Şehirler, Haber ve Medya, Toplum ve Kültür, Hikaye, Fıkralar, Mizah, Azerbeycan by Gültekin Çetiner on the Şubat 8th, 2007

Gereksiz yüzük
Həsircizadə Mehmet Ağa bir gün Fuad Paşaya qonaq getmişdi. Birdən gözü paşanın almaz üzüyünə sataşdı. Diqqətlə baxmağa başladı. Fuad Paşa:
- Üzüyümə baxırsan? - deyə soruşdu.
- Hə, nə daşıdır onu öyrənmək istədim.
- Almazdır.
- Çox gözəl, bəs faydası nədir?
- Heç nə.
- Nə gəlir gətirir?
- Heç nə.
- Ancaq mənim atamdan qalma bir cüt daşım var, onunla ildə 50 qızıl qazanıram.
- Nə daşıdır bu elə?
- Dəyirman daşı… Mən bu daşın köməyi ilə həm çörək pulumu çıxarır, həm də insanlara xidmət edirəm.
P.S.: İstədiyiniz qədər biliyiniz olsun. Bir yox, 3-4 universitet bitirin. İstədiyiniz qədər dil bilin. Əgər bildiklərinizin bir faydası yoxdursa, onda bu bilik yükdən başqa bir şey deyil; elə barmağımızda gəzdirdiyimiz üzük kimi…

Konya Haber’de Yusuf Kerimli tarafından yazılmıştır.

Sonraki Sayfa »